Təyyarədə əxlaqsız hərəkət etdi – Pilotlar təcili enişə məcbur oldubackend

Təyyarədə əxlaqsız hərəkət etdi - Pilotlar təcili enişə məcbur oldu

Jet2 təyyarəsində sərnişinlər arasında böyük təşviş yaranıb.

KONKRET.az xəbər verir ki, kişi sərnişinlərdən biri ayaq yolunda əxlaqsız hərəkətlər edib, qəribə intim səslər çıxarmaqla uçuşu pozub.

Daily Mail nəşrinin məlumatına görə, insident Edinburqdan İbizaya uçan təyyarədə baş verib. Səs-küy çıxaran şəxsin konkret nə etdiyini dəqiqləşdirməsələr də, nəticədə sərnişinlərdən birinə tibbi yardım lazım olub. Təyyarənin kapitanı uçuşu Bristola yönləndirmək qərarına gəlib.

Eniş etdikdən sonra həmin şəxs həbs edilib. O, hazırda həbsdədir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*