Tovuzda qətlə yetirilən qadının atası: “Qızım üç ay idi…”backend

Tovuzda qətlə yetirilən qadının atası: “Qızım üç ay idi...” — VİDEO 

“Bunlar küsülü idilər, bir-biri ilə danışmırdılar. Bu da xaricdə idi, gəlib hədələyib. İnanmazdım ki, belə bir hadisə baş verə bilər”

KONKRET.az “Teleqraf”a istinadla xəbər verir ki, bu barədə əri tərəfindən qətlə yetirilən 26 yaşlı Mətanət Hacızadənin atası Asif Hacızadə bildib. Onun sözlərinə görə, kürəkəni qızını xəyanətdə ittiham edirmiş.

“Xəbər verdilər ki, belə bir hadisə olub. Evimə gəlib bıçaqlayıb qaçıb. Mənim həyatımı söndürdü. Qızım üç ay idi bizimlə qalırdı. Ər evinə getmirdi. Danışmırdılar bir-birləri ilə. Qızımı götürüb qaçmışdı. Əvvəllər yaxşı idi. Sonra oyun qurdular. Qatıb, qarışdırdılar. Bunun da kimsə beynini doldururdu. Qızıma deyirdi ki, sən guya pis yoldasan”.

Məlumat üçün bildirək ki, qətl hadisəsi bu sabah baş verib. 1993-cü il təvəllüdlü Səbuhi Hacızadə həyat yoldaşı 1996-cı il təvəllüdlü Mətanət Hacızadəni bıçaqla qətlə yetirib. Axşam saatlarında isə Səbuhi Hacızadə kəndin yaxınlığında özünü asaraq intihar edib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma başlanılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*