Tovuzda həyat yoldaşını qətlə yetirən şəxs intihar edib.
KONKRET.az xəbər verir ki, NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə qətl törədən 29 yaşlı Səbuhi Hacızadənin kənd ərazisindən ağacdan asılmış vəziyyətdə meyiti tapılıb.
Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
***
Tovuzda kişinin həyat yoldaşını qətlə yetirməsinin detalları üzə çıxıb.
NOCOMMENT.az qərb bürosunun məlumatına görə, qətli törədən 1993-cü il təvəllüdlü Səbuhi Hacızadə son 4 ay ərzində Monteneqroda imiş.
O, ötən gün yaşadığı Tovuz rayonun Əyyublu kəndinə gəlib. Bu gün isə S.Hacızadə həyat yoldaşı 1996-cı il təvəllüdlü Mətanət Hacızadəni atası evində bıçaqlayaraq qətlə yetirib.
Cütlüyün 3 az yaşlı oğulları var.
Hazırda hadisəni törədən şəxsin tutulması istiqamətində axtarış tədbirləri həyata keçirilir.
Qeyd edək ki, S.Hacızadə qətli törətdikdən sonra video paylaşaraq əməlini etiraf edib.