Tovuzdakı qətllə bağlı cinayət işi açıldıbackend

Tovuzdakı qətllə bağlı cinayət işi açıldı 

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Teleqraf məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, oktyabrın 16-da saat 12 radələrində Tovuz rayonu, Əyyublu kəndi ərazisində 1996-ci il təvəllüdlü Mətanət Hacızadənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1993-ci il təvəllüdlü Səbuhi Hacızadənin Mətanət Hacızadəni qəsdən öldürməsi, daha sonra isə intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*