ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Macarıstanın paytaxtı Budapeştdə görüşəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Truth Social” hesabında yazıb.
“Biz bu gün ticarət əlaqələrinin bərpası məsələsini müzakirə etdik. Bu gün qaldırdığımız məsələlər Ukrayna Prezidenti ilə görüşdə də müzakirə olunacaq. Gələn həftə iki ölkə arasında yüksək səviyyəli görüş keçiriləcək” – Tramp bildirib