Tramp qərar verdi: ABŞ-ın iki döyüş komandanlığı birləşdirilirbackend

Tramp qərar verdi: ABŞ-ın iki döyüş komandanlığı birləşdirilir

Tramp administrasiyası departament xərclərini azaltmaq üçün Şimali və Cənubi Amerikadan məsul olan Müdafiə Nazirliyinin iki döyüş komandanlığını birləşdirməyi düşünür.

KONKRET.az xəbər verir ki, bu barədə “NBC” telekanalı Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Belə bir qərar verilsə, yeni komanda AMERİCOM adlanacaq. Hesabatda deyilir ki, bu plan Pentaqonun “xərcləri azaltmaq və əməliyyatları sadələşdirmək” planının tərkib hissəsidir.

Şimal Komandanlığının cavabdehlik sahəsinə hazırda kontinental ABŞ, Kanada, Meksika, Beliz, Kuba, eləcə də Atlantik, Sakit və Şimal Buzlu Okeanlarının bitişik suları daxildir. Cənub Komandanlığı ABŞ-ın Cənubi və Mərkəzi Amerika və Karib hövzəsindəki hərbi əməliyyatlarına cavabdehdir.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*