ABŞ-ın müdafiə qurumuna yaxın çevrələrdən olan sabiq Pentaqon müşaviri Dən Kolduell keçmiş prezident Donald Trampın Ukraynaya silah tədarükünü dayandırmasının səbəblərini açıqlayıb.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, Tramp bu qərarı ABŞ ordusunun təhlükəsizliyi və döyüş hazırlığını üstün tutaraq qəbul edib.
“Tramp çətin, lakin zəruri bir qərar verdi. O, əvəzolunması çətin olan sursatların Ukraynaya göndərilməsini dayandırmaqla, Amerika ordusunun təhlükəsizliyini və hazırlıq səviyyəsini prioritet kimi qiymətləndirdi. Çünki Ukrayna ilə bağlı Vaşinqtonun maraqları məhduddur,” – deyə Kolduell bildirib.
Qeyd edək ki, Tramp administrasiyası dövründə Ukraynaya hərbi yardım məsələsi bir neçə dəfə müzakirə mövzusu olub və Vaşinqtonun bu ölkəyə yanaşması selektiv xarakter daşıyıb.
Müşviq Tofiqoğlu
KONKRET.az