Trampdan İranla bağlı ŞOK ANONS: “Davam edəcəyik…”backend

Trampdan İranla bağlı ŞOK ANONS: "Davam edəcəyik..."

ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməsinə heç bir halda imkan verməyəcəklərini bəyan edib.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evdəki çıxışı zamanı bildirib. O, Vaşinqtonun qarşısında duran əsas hədəfin İranın nüvə potensialının qarşısını almaq olduğunu vurğulayıb.

“Biz nail olduğumuz razılaşmalara onların əməl etməsini tələb edirik. Lakin dəqiq bir məqam var: onların nüvə silahı olmayacaq. Biz zənginləşdirilmiş nüvə materialını əldə edəcəyik”, – deyə Tramp qeyd edib.

ABŞ Prezidenti qarşıya qoyulan məqsədə çatmaq üçün qətiyyətli olduqlarını ifadə edib: “Biz ya onlarla razılaşma bağlayacağıq, ya da işi axıra çatdıracağıq. Bunu etmək bizim üçün çətin olmayacaq”.

Tramp həmçinin hazırkı neft qiymətlərinin müharibə öncəsi səviyyədən belə aşağı olduğunu xatırladaraq, ABŞ-ın bu prosesdə üstün mövqedə dayandığını eyham edib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*