“Trampın Ermənistanla bağlı siyasəti Baydenin ermənipərəst siyasətindən çox fərqli olacaq” – Suren Sarkisyanbackend

“Trampın Ermənistanla bağlı siyasəti Baydenin ermənipərəst siyasətindən çox fərqli olacaq” - Suren Sarkisyan

ABŞ-ın yeni prezidenti Donald Trampın administrasiyası çətin ki, Ermənistanla ikitərəfli münasibətlərdə Co Baydenin başçılıq etdiyi əvvəlki administrasiyanın göstərdiyi kimi fəallıq göstərsin.

KONKRET.az “News.am”a istinadən xəbər verir ki, bu  fikri yanvarın 27-də Ermənistan Amerika Araşdırmaları Mərkəzinin direktoru Suren Sarkisyan jurnalistlərlə görüşündə səsləndirib.

Ekspertin fikrincə, Bayden bölgənin xüsusiyyətlərini daha yaxşı (ermənipərəst mövqeyini nəzərdə tutur) başa düşürdü, yanaşması daha dərin idi.

“Ümumiyyətlə, onun ermənilərlə kifayət qədər yaxşı əlaqələri var idi. Üstəlik, erkən dövrdən. O, senator kimi ABŞ tarixinin ən ermənipərəst siyasi xadimlərindən biri hesab olunurdu. Ona görə də maarifləndirmə faktı, əlbəttə ki, mühüm rol oynayıb”, – Sarkisyan bildirib.

Ekspertin qeyd etdiyi kimi, Tramp daha az məlumatlıdır:

“Beləliklə, onun xarici siyasəti Co Baydenin yürütdüyü siyasətdən çox fərqli olacaq. Üstəlik, bütün istiqamətlərdə və bütün məsələlərdə”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*