“Trampın İranla bağlı bu siyasəti uğursuz olacaq”- Araqçıbackend

"Trampın İranla bağlı bu siyasəti uğursuz olacaq"- Araqçı

“ABŞ-ın İrana qarşı maksimum təzyiq siyasəti uğursuzluğa düçar olacaq”.

KONKRET.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı deyib.

O bildirib ki, Amerika prezidenti İrana qarşı maksimum təzyiqin tətbiqi ilə bağlı fərman imzalayıb.

“ABŞ prezidentinin dünənki bəyanatına gəlincə, mən əminəm ki, “maksimum təzyiq” siyasəti yeni uğursuzluğa düçar olacaq”, – Araqçı vurğulayıb.

Xatırladaq ki, ABŞ dövlət katibi Marko Rubio daha əvvəl bəyan edib ki, Vaşinqton nüvə silahı yaratmaq cəhdləri ilə əlaqədar Tehrana təzyiqləri artırmalıdır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*