Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ”ın forma sponsorunun dəyişə biləcəyi ilə bağlı xəbərlər yayılıb. Bunun üçün “Turkish Airlines” aviaşirkətinin Ağdam klubuna müraciət etdiyi bildirilir.
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Teleqraf-a bildirib:
“Bildiyiniz kimi, komandanın əsas sponsoru “Azərsun Holdinq”dir . Sponsorluq məsələsi hər hansı mənada gündəmdə deyil. Qaldı ki, tərəfdaşlıq məsələsinə, hazırda həm yerli, həm də qlobal şirkətlərlə danışıqlar var. Bu istiqamətdə yekunlaşan proses olarsa, ictimaiyyətə açıqlama veriləcək”.