Türkiyədə bu jurnalistlərə hücum edildibackend

Türkiyədə bu jurnalistlərə hücum edildi

Jurnalistlər Şule Aydın və Murad Ağırelə hücum edilib.

KONKRET.az xəbər verir ki, jurnalist Şule Aydın, “Onlar” TV-də verilişin aparıcıları və “Cumhuriyet” qəzetinin yazarı Murad Ağıreli hədəf alan hücum xəbərini televiziyada canlı yayımda açıqlayıb.

Prokurorluğa məlumat verdiklərini deyən Aydın deyib:

“Bu məsələni müzakirə edib-etməmək barədə komanda daxilində müzakirə apardıq və razılaşa bilmədik. Mən də bunun açıqlanmasının tərəfdarı idim”.

Murad Ağırel və Şule Aydın Daha öncə də təhdid aldıqlarını açıqlayıb. Şule Aydının mənzilinin qapısına təhqiramiz ifadələr yazılıb, Murad Ağırel isə ona qarşı sui-qəsd olduğunu açıqlayıb.

Onlar polis və prokurorluğu hərəkətə keçirməyə çağırıb.

Dəniz Pənahova 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*