Son məlumatlara görə Ukrayna silahlı qüvvələri Bryansk vilayəti ilə sərhəddən 50 kilometr aralıda böyük qoşun qrupu cəmləşdirir.
KONKRET.az xəbər verir ki, Sumı vilayətinin iki yaşayış məntəqəsində 5 mindən çox ukraynalı hərbçi və 200-dən çox texnika, o cümlədən “Leopard” və “Abrams” tankları, həmçinin piyadaların döyüş maşınları və digər zirehli texnikalar cəmləşib.
Bundan əlavə, Sumı vilayətində Şostka və Qluxov şəhərlərindən mülki əhalinin qismən təxliyyəsi qeydə alınıb ki, bu da aktiv hərbi əməliyyatlara hazırlıqdan xəbər verir.
Vəli Həsənoğlu,
KONKRET.az