Ukrayna Kurskda yarımstansiyalara zərbələr endirdibackend

Ukrayna Kurskda yarımstansiyalara zərbələr endirdi

Ukrayna ordusunun Rusiyanın enerji obyektlərinə endirdiyi zərbələr nəticəsində Kursk vilayətinin Belovski rayonunun Rılsk şəhəri və təxminən 40 kəndi elektrik enerjisindən məhrum olub.

KONKRET.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Xinşteyn Telegram kanalında məlumat verib.

“Bu gün axşam saatlarında Ukrayna Silahlı Qüvvələri Rılsk şəhərində yarımstansiyaya zərbələr endirib. Şəhərin bir hissəsi və onun ətrafı müvəqqəti olaraq işıqsız qalıb. Daha iki zərbə Belovski rayonunun Belaya kəndindəki yarımstansiyaya düşüb. 40-a yaxın yaşayış məntəqəsi işıqsız qalıb”, – məlumatda deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*