Ukrayna müharibəni diplomatiya yolu ilə bitirməyə hazırdırbackend

Ukrayna müharibəni diplomatiya yolu ilə bitirməyə hazırdır

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, ölkəsi öz tərəfdaşları ilə müharibəyə son qoymağın diplomatik yolları ilə bağlı ortaq mövqedə razılaşıb və müvafiq dialoqa hazırdır.

KONKRET.az xəbər verir ki, Zelenski “Telegram” vasitəsilə yaydığı müraciətdə qeyd edib.

“Biz açıq şəkildə diplomatiya sahəsində tərəfdaşlarımızla eyni mövqedəyik, dəstəyə, prinsipial mövqeyinə görə hər kəsə – bütün ölkələrə, bütün liderlərə minnətdaram. Ukrayna bir daha müharibəni dayandırmağa hazır olduğunu bildirib”, – prezident vurğulayıb.

Zelenskinin sözlərinə görə, tərəflər hazırkı təmas xəttində hərbi əməliyyatların dayandırılması ilə bağlı dialoq təşkil etməyə çalışmağa razılaşıblar. O həmçinin vurğulayıb ki, bu yanaşma ABŞ Prezidenti Donald Trampın komandası tərəfindən dəstəklənir və bu artıq ictimaiyyətə açıqlanıb.

Bundan əlavə, prezident beynəlxalq tərəfdaşlara sülhün bərqərar edilməsinə yanaşmada göstərdikləri birliyə və diplomatik, siyasi səviyyədə Ukraynaya davamlı dəstəyə görə təşəkkür edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*