Ukraynada “İkinci Mask” – Yeni qurum yaradılacaqbackend

Ukraynada "İkinci Mask" - Yeni qurum yaradılacaq

Ukrayna hökuməti İlon Maskın ABŞ-da yaratdığı DOGE (Hökumət Effektivliyi Departamenti) modelinə bənzər departament qurmağı planlaşdırır.

KONKRET.az xəbər verir ki, Ukraynanın Birinci vitse-prezidenti və Rəqəmsal Transformasiya naziri Mixail Fedorov sosial şəbəkə Threads-də bildirib:

“Bir neçə layihə üçün DOGE analoqunu işə salmağı planlaşdırıram. Xərcləri təcili şəkildə azaltmaq və effektivliyi qiymətləndirmək lazımdır. Bu istiqamətə rəhbərlik edəcək şəxs axtaracağam.”

Qeyd edək ki, DOGE – Hökumət Effektivliyi Departamenti İlon Mask tərəfindən ABŞ prezidenti Donald Trampın Ağ Evə qayıdışından sonra yaradılıb. Departamentin əsas məqsədi dövlət xərclərini azaltmaq və idarəetmənin effektivliyini artırmaqdır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*