Valeri Zalujnı etiraf etdi: “Rusiya döyüş meydanında bizi üstələyir”backend

Valeri Zalujnı etiraf etdi: “Rusiya döyüş meydanında bizi üstələyir”

Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı, hazırda ölkəsinin Böyük Britaniyadakı səfiri olan Valeri Zalujnı etiraf edib ki, Rusiya hazırda döyüş meydanında innovasiyalar sahəsində Ukraynanı geridə qoyub.

KONKRET.az xəbər verir ki, Zalujnının sözlərinə görə, Ukrayna hazırda innovasiyaları davamlı şəkildə yaratmaq və genişləndirmək imkanına malik deyil — hətta dünənə qədər üstünlük təşkil etdiyi sahələrdə belə.

“Düşmən artıq bizi keçib və biz geridə qalırıq — bu, açıq şəkildə qəbul olunmalıdır”, – deyə o, müdafiə forumunda çıxışı zamanı bildirib.

Zalujnı konkret hansı sahələri nəzərdə tutduğunu dəqiqləşdirməyib, lakin ekspertlərin fikrincə, söhbət ilk növbədə dron texnologiyalarından gedir. Məlumdur ki, son aylarda Rusiya bu sahədə ciddi irəliləyişlər əldə edib.

Zalujnı əlavə edib ki, Ukraynanın da bəzi texnoloji nailiyyətləri var, lakin onlar məhduddur, sektor xarakterlidir və ölkənin ümumi müdafiə strategiyasını təmin etmək üçün kifayət etmir.

“Bizim texnoloji uğurlarımız var, lakin onlar yalnız müəyyən sahələri əhatə edir və ümumi miqyasda nəticə vermir. Bu səbəbdən də biz, istər-istəməz, xarici yardımdan tam asılı vəziyyətdəyik”, – deyə o vurğulayıb.

Zalujnının bu açıq etirafı Ukraynanın texnologiya və hərbi innovasiyalar sahəsində artan problemlərini, xüsusən də Qərb ölkələrinin dəstəyinə əsaslanmaq məcburiyyətində olduğunu göstərir. Bu, həmçinin Ukraynanın gələcəkdə müstəqil şəkildə döyüş qabiliyyətini qoruyub saxlamaq üçün qarşısında duran çətinlikləri də ortaya qoyur.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*