Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes ABŞ-nin Karakasdakı evinə endirdiyi hava zərbəsi nəticəsində həlak olub.
KONKRET.az xəbər verir ki, bu barədə “Military Observer” nəşri yazıb.
11:00
Venesuelada atəş səsləri eşidilməkdə davam edir.
KONKRET.az xəbər verir ki, yerli mənbələr ABŞ Hərbi Hava Qüvvələrinin paytaxt Karakas və digər ərazilərdəki hərbi bazalara daha bir neçə zərbə endirdiyini bildirirlər.
Karakas mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Venesuela üzərində hava məkanı tamamilə bağlanıb.
10:40
Venesuelanın paytaxtı Karakasda yerləşən Fort Tiuna limanına ABŞ tərəfindən aviazərbə endirildiyi iddia edilir. Sosial şəbəkələrdə yayılan yeni kadrlarda zərbələrin anları əks olunur.
KONKRET.az xəbər verir ki, görüntülərdə hava hücumundan müdafiə (HHM/PVO) sistemlərinin işlədiyi səslər eşidilir. Şəhər sakinləri qorxu içində baş verənləri evlərinin pəncərələrindən çəkərək paylaşırlar.
Bundan başqa bildirilib ki, ABŞ-ın “Chinook” və “CH-53” helikopterləri Karakas üzərində uçur. Hazırda
Desant əməliyyatı aparılır.
Rəsmi qurumlar hadisə ilə bağlı hələlik açıqlama verməyib. Ölən və yaralananlar, eləcə də zərərin miqyası dəqiqləşdirilir. Məlumatlar təsdiqləndikcə yenilənəcək.
Natiq Səlim,
KONKRET.az
