ABŞ-ın vitse-prezidenti Cey Di Vensin ofisi X sosial şəbəkəsində 1915-ci il hadisələrinin “soyqırım” adlandırıldığı paylaşımın səhvən yayımlandığını bildirib.
KONKRET.az xəbər verir ki, Bloomberg-in məlumatına görə, paylaşım sonradan silinib.
Sözügedən postda Vens və həyat yoldaşının İrəvandakı “memorial kompleksində” çəkilmiş fotosu yer alırdı. Vensin ofisi açıqlamasında qeyd edib ki, paylaşım ABŞ-ın rəsmi nümayəndə heyətinə daxil olmayan bir aparat əməkdaşı tərəfindən yerləşdirilib.
Bildirilib ki, vitse-prezidentin memorialı ziyarəti erməni tərəfinin dəvəti əsasında baş tutub.
Ağ Evin mətbuat katibi Kerolayn Levitt isə vurğulayıb ki, bu insident ABŞ-ın mövcud siyasətində hər hansı dəyişiklik anlamına gəlmir.
Xatırladaq ki, daha əvvəl yalnız ABŞ prezidenti Co Bayden 1915-ci il hadisələrini rəsmi şəkildə “soyqırım” kimi tanıyıb. Bu qərar Türkiyə tərəfindən kəskin tənqid olunub.
Müşviq Tofiqoğlu
KONKRET.az
