Vətəndaşların NƏZƏRİNƏ: Bu halda sizə yazılan cərimələri ödəməyə bilərsiniz…backend

Vətəndaşların NƏZƏRİNƏ: Bu halda sizə yazılan cərimələri ödəməyə bilərsiniz...

“İnzibati xətaya görə rəsmi qərar qəbul olunubsa və həmin qərarda cərimə nəzərdə tutulubsa, onun icra müddəti 5 ildir. Yəni, şəxs bu müddət ərzində cəriməni ödəməkdən yayınmaq imkanına malik deyil”.

Bu fikirləri Tağı Hüseynov KONKRET.az-a açıqlamasında bildirib.

Məşhur hüquqşünasdan şikayət var

“Əgər inzibati xətaya dair hələ qərar verilməyibsə, bu zaman məsələ “inzibati tənbeh tətbiqetmə müddəti” ilə ölçülür. Qanunvericiliyə əsasən, inzibati xətanın baş verdiyi tarixdən etibarən 3 ay ərzində şəxsə cərimə və ya digər inzibati tənbeh tətbiq edilməlidir. Əgər 3 ay ərzində inzibati cəza ilə bağlı qərar çıxarılmayıbsa, artıq həmin şəxs məsuliyyətdən azad olunur”.

Vəkil qeyd edir ki, bu müddətlər hüquqi qüvvəyə minmiş qərarların və inzibati tədbirlərin vaxtında icrasını təmin etmək məqsədi daşıyır.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*