3 nəfərin öldüyü qəza ilə bağlı FHN-dən AÇIQLAMA – YENİLƏNİBbackend

3 nəfərin öldüyü qəza ilə bağlı FHN-dən AÇIQLAMA - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi (FHN) Xaçmaz rayonu, Xudat şəhərində yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

KONKRET.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri – Şimal Regional Mərkəzinin xilasediciləri köməyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” və “Hyundai” markalı iki minik avtomobili toqquşub, 3 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 3 nəfərin meyiti zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

19:53

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun 4-cü şöbə adlanan ərazisindən keçən hissəsində baş verib.

“Mercedes” və “Hyundai” markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində 3 nəfər ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*