Xilasedicilər avtobusun altından meyit çıxardıbackend

Xilasedicilər avtobusun altından meyit çıxardı

Bakıda xilasedicilər avtobusun altından meyit çıxarıb.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda 1 nəfərin meyitinin “İveco” markalı sərnişin avtobusunun altından çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində meyit nəqliyyat vasitəsinin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*