Yanvarın 19-da husilər də dayanırbackend

Yanvarın 19-da husilər də dayanır

Yəmən husiləri İsrail ərazilərini atəşə tutmağı dayandıracaqlarını açıqlayıblar.

KONKRET.az xəbər verir ki, husilər İsraillə HƏMAS arasında atəşkəs razılaşmasına əməl edəcəklərini və bu razılaşmanın rəsmi olaraq qüvvəyə mindiyi gün-yanvarın 19-da  atəşi dayandıracağını bildirib.

Xatırladaq ki, yanvarın 15-i axşam saatlarında İsrail və HƏMAS atəşkəs sazişi imzalayıb. Bu, HƏMAS qruplaşması tərəfindən saxlanılan israilli girovların azad edilməsini, İsrail həbsxanalarında saxlanılan fələstinli məhbusların azad edilməsini, atəşkəs və İsrail qoşunlarının Qəzza zolağından tədricən çıxarılmasını nəzərdə tutur.

Husilər 2023-cü ilin oktyabrında Qəzza müharibəsi başlayandan qısa müddət sonra İsrailə zərbələr endirib. Onlar İsrail ərazisinə  350-dən çox  raket atıblar. Husilər Qırmızı dənizdə ticarət gəmilərinə də hücum edir.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*