Yaponiyada güclü zəlzələ oldubackend

Yaponiyada güclü zəlzələ oldu

Yaponiyanın Fukusima prefekturasının sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb.

KONKRET.az xəbər verir ki, məlumatı Yaponiyanın Milli Meteorologiya Departamenti yayıb.

Zəlzələnin mənbəyi okeanın 60 kilometr dərinliyində olub.

İtkilər və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.

Xatırladaq ki, 2011-ci il martın 11-də Yaponiyada 9,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar nəticəsində “Fukusima – 1” AES-də qəza baş verib. Qəzadan sonra 160 min insan öz evlərini tərk etməli olub.//Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*