“Yaxın aylarda sülh və delimitasiya ilə bağlı irəliyə doğru addımlar atılacaq” – AÇIQLAMAbackend

“Yaxın aylarda sülh və delimitasiya ilə bağlı irəliyə doğru addımlar atılacaq” - AÇIQLAMA

Ermənistanın təxribatları və bunun arxasında hansı xarici qüvvələrin dayanması haqda müxtəlif siyasi ekspertlər fərqli fikirlər səsləndirirlər. Bəziləri bu qüvvələrin Qərb və ABŞ, digərləri isə Rusiya olduğunu dilə gətirirlər. Bəs görəsən Azərbaycanın maraqları baxımından yanaşsaq Ermənistanın daha çox Rusiya yoxsa ABŞ-la yaxınlaşması bizə sərf edir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Ermənistan müstəqil dövlət deyil və xarici güc faktorlarının əlində daim oyuncağa çevrilib: “Hansı mərkəzdən idarə olunmasına baxmayaraq həm Rusiya, həm də ABŞ Ermənistandan siyasi alət vasitəsi kimi istifadə edib. Lakin indiki məqamda regionda kommunikasiyaların və digər layihələrin açılması məsələsində Rusiya dövlətinin mövqeyi daha aydın və birmənalı görünür. Ancaq bu gün gorbagor olmuş ATƏT-in Minsk Qrupundan danışan ABŞ-dır. Eyni zamanda ermənilərin haqsız iddialarının əsirinə çevrilən ABŞ konqresmenləri və senatorları var. Ona görə də, ABŞ-ın bu məsələdəki ədalətsizlik meyarları daha çox özünü büruzə verir. Hesab edirəm ki, Ermənistanın ortada qalması, həm ABŞ-a, həm də Rusiyaya manevrlər etməsi beynəlxalq güclər tərəfindən də yaxşı qiymətləndirilmir”.

Tural İsmayılov yazır: "İntellektual çöküş erməni ideoloji boşluğunun  lokomotivi rolunda"

Politoloq əlavə edib ki, bizə Ermənistanın hansı siyasi xətti yeritməsinin heç bir əhəmiyyəti yoxdur: “Azərbaycan zəfər qazanan ölkədir və Vətən müharibəsinin qalibi kimi regiondakı əsas şərtləri diktə edən tərəfdir. Ona görə də, Ermənistan siyasi mövqeyindən asılı olmayaraq Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə məhkumdur. Rəsmi İrəvanın atacağı hər bir təxribat xarakterli addım rəsmi Bakı tərəfindən öz layiqli cavabını alacaq. Hesab edirəm ki, həm sülh, həm delimitasiya və demorkasiya prosesi ilə bağlı yaxın aylarda daha irəliyə doğru proseslərin şahidi olacağıq”.

Müşviq Tofiqoğlu,

KONKRET.az   

  • Garachanta
    Sentyabr 17, 2022 - 21:36

    Siz nə qədər dardüşüncə ilə yaxında sülh müqaviləsi olacağı haqqında yazırsınız…Hətta bu gün o müqavilə bağlansa sabah…və ya 1 ay sonra …1 il sonra ..və ya 1 əsr sonra kürəyimizə xəncər saplayacaq…İran Rusiya Qərb heç vaxt bu sülhün olmasını istəməzlər…Ortada Türk Dünyası məsələsi var, cənablar…Siz Millətimizi Yuxuya Verməyin! Hər An Müharibəyə Hazır Olaq!!

Garachanta üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*