Paşinyan ETİRAF ETDİ: “O adamların siyahısı məndədir, lazım olanda… “backend

Paşinyan ETİRAF ETDİ: "O adamların siyahısı məndədir, lazım olanda... "

Ermənistanın hüquq-mühafizə orqanları əldə olunan məlumatlara əsasən digər ölkələrin maraqları naminə fəaliyyət göstərən şəxslərin kifayət qədər geniş siyahısına malikdir.

KONKRET.az xəbər verir ki, bu barədə brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyan məlumat verib.

Paşinyanın sözlərinə görə, həmin şəxslər hələ də azadlıqdadırsa, bu o deməkdir ki, onlar casusluq sayılan həddi keçməyiblər. Lakin bu məntiq çərçivəsində hərəkət edirlər.

“Bu həddə çox yaxın olan, onun kənarında dolaşan insanlar var. Onlar bu xətti keçdikdə, müvafiq reaksiya veriləcək. Bu şəxslərin ad-soyadları və əlaqə məlumatları ilə birlikdə siyahısı məndə var. Mən ilk növbədə siyasi xadimləri nəzərdə tuturam”, – deyə Paşinyan vurğulayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*