Vərəsəliklə bağlı VACİB AÇIQLAMA: Kimlər mirasdan pay ala biləcək?backend

Vərəsəliklə bağlı VACİB AÇIQLAMA: Kimlər mirasdan pay ala biləcək?

Azərbaycanda miras məsələləri ən çox mübahisə doğuran hüquqi mövzulardan biri olaraq qalır. Xüsusilə, miras qoyanın vəfatından sonra kimin vərəsə sayıldığı, kimlərin mirasdan pay tələb edə biləcəyi və vərəsəlik növbəliliyinin necə müəyyən olunduğu tez-tez sual doğurur.

Bəs qanunvericiliyə əsasən mirasda kimlər iddia edə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Tağı Hüseynov bildirib ki, miras məsələsində ilk növbədə vərəsələrin dairəsi müəyyən edilməlidir.

“Miras qoyanın birinci dərəcəli vərəsələri həyat yoldaşı, övladları və valideynlər hesab olunur. Bu şəxslər qanun üzrə bərabər pay almaq hüququna malikdirlər. Əgər birinci növbə üzrə vərəsələr yoxdursa, o zaman ikinci növbə üzrə vərəsələr mirasa iddia edə bilər”.

İkinci dərəcəli vərəsələr bacı və qardaşlardır. Əgər onlar da yoxdursa, üçüncü dərəcəli vərəsələr – həm ata, həm də ana tərəfdən baba və nənələr vərəsə hesab olunur”.

Tağı Hüseynovun sözlərinə görə, bundan sonra dördüncü dərəcəli vərəsələr – əmilər, dayılar, xalalar və bibilər miras hüququ qazana bilər.

“Əgər bu şəxslər də yoxdursa, o zaman beşinci dərəcəli vərəsələr, yəni əmi, dayı, xala və bibi uşaqları vərəsə sayılır.
Vərəsəlik hüququ qanunla müəyyən olunmuş ardıcıllıqla tətbiq edilir və hər növbə yalnız əvvəlki növbədə vərəsə olmadıqda qüvvəyə minir”.

Hüquqşünasın sözlərinə görə, miras bölgüsü ilə bağlı mübahisələr yarandıqda vətəndaşlar məhkəməyə müraciət etməklə öz hüquqlarını müdafiə edə bilərlər.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*