İnfarkt ən çox nə vaxt baş verir? – Kardioloqlar izah edirbackend

İnfarkt ən çox nə vaxt baş verir? - Kardioloqlar izah edir

Kardioloqlar qadınlar və kişilərdə infarktın əlamətləri fərqli ola biləcəyi qənaətindədirlər. Həm kişilər, həm də qadınlar sinədə güclü ağrı və narahatlıq hiss edə bilərlər. 

KONKRET.az xəbər verir ki, kardioloqlar qadınlarda əlavə olaraq narahatlıq hissi, nəfəs darlığı, mədə pozğunluğu, çiyin, bel və qol ağrısı, eləcə də qeyri-adi yorğunluq kimi simptomlar da müşahidə oluna biləcəyini deyiblər.

Həkimlərin fikrincə, infarktın ən çox baş verdiyi vaxt oyanmadan sonra erkən saatlarda, səhər 6-dan günortaya qədər müşahidə olunur. Bu qan təzyiqini artırır və qanın bir qədər qatılaşmasına səbəb olur. Sağlam insan üçün bu problem yaratmaya bilər, lakin yüksək qan təzyiqi olan insanlarda bu əlavə yük infarkta səbəb ola bilər.

Səhər zəngli saat çaldıqda insan oyanır və günün planları haqqında düşünməyə başlayır. Bu isə artıq səhərlər pik həddə olan stress hormonu — kortizolun səviyyəsini daha da artırır. William Jaffe qeyd edir ki, bu proses ürək döyüntülərini sürətləndirə və damarların daralmasına səbəb ola bilər. Bu da infarktların niyə daha çox səhər baş verdiyini izah edir.

Kardioloqlar izah edir ki, sirkadiyan ritm ürək-damar sisteminin tənzimlənməsində mühüm rol oynayır, xüsusilə yuxu zamanı: ürəyin bərpa mərhələsi yuxu zamanı baş verir, gündüz isə qan dövranı sisteminin işləməsi üçün aktivləşmə vacibdir.

Sirkadiyan ritm pozulduqda infarkt riski artır.

Səhər saatları infarktın ən çox baş verdiyi dövr olsa da, hər üç kardioloq vurğulayır ki, bu vəziyyət günün istənilən vaxtında baş verə bilər.//lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*