Fələstin-İsrail münaqişəsinin genişlənməsi İsrailin Qəzzaya qarşı hərbi əməliyyatlarının intensivliyinin artması səbəbindən qaçılmazdır.
KONKRET.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan qətərli həmkarı Məhəmməd bin Əbdül Rəhman Əl-Tani ilə telefon danışığı zamanı bildirib.
“Qəzzanın mülki əhalisinə qarşı müharibənin intensivliyinin artması səbəbindən müharibənin miqyasının genişlənməsi qaçılmaz olub”, – deyə iranlı nazir qeyd edib.
Ariz Həsənoğlu,
KONKRET.az
