Yaxın Şərqdən sonra böyük toqquşma bu ərazidə baş verəcək – ŞOK DETALLARbackend

Yaxın Şərqdən sonra böyük toqquşma bu ərazidə baş verəcək - ŞOK DETALLAR

Rusiya Yaponiyanın ABŞ Silahlı Qüvvələrinin keçirdiyi genişmiqyaslı hərbi təlimlərdə iştirakına sərt etiraz edib. Bu məqsədlə Yaponiyanın Moskvadakı səfirliyi Xarici İşlər Nazirliyinə çağırılıb və rəsmi Tokioya etiraz notası təqdim edilib. Bəs, Bu təlimlərin fonunda Rusiya və Yaponiya arasında münasibətlərdə hansı yeni gərginliklərin yaranması gözlənilə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Əziz Əlibəyli bildirib ki, bu təlimlər fonunda Rusiya-Yaponiya münasibətləri daha da gərginləşə bilər. Ekspertin fikrincə, ABŞ regionda, xüsusilə də Rusiyanın Yaponiya, Koreya və Çin istiqamətindəki sahillərində gələcək üçün qarşıdurma planı hazırlayır:

Sosial Tədqiqatlar Mərkəzinə yeni mətbuat xidməti rəhbəri təyin edildi -  Yeni Çağ

“Rusiyanın o bölgədən vurulub çıxarılması məsələsi gündəmdədir. Bunun üçün həm tarixi, həm də geosiyasi səbəblər mövcuddur. Məsələn, SSRİ 1945-ci ildə Kuril adalarını işğal edib və bu, Yaponiyanın etirazına səbəb olur. ABŞ, Yaponiya, Cənubi Koreya və Tayvanın birləşərək Sakit okean hövzəsində Çinə qarşı mövqe sərgiləməsi də bu prosesin bir hissəsidir. Şərqi Avropa və Yaxın Şərqdəki qarşıdurmalardan sonra böyük toqquşmanın məhz Sakit okean hövzəsində baş verəcəyi ehtimal olunur”.

Qeyd edək ki, Rusiya Yaponiya ilə Kuril adaları məsələsində uzun illərdir qarşıdurma vəziyyətindədir. Son gərginlik isə iki ölkə arasında münasibətlərin yaxın perspektivdə daha da kəskinləşəcəyindən xəbər verir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*