Yay tətili qısaldılır? — Açıqlamabackend

Yay tətili qısaldılır? — Açıqlama

Fransa prezidenti Emmanuel Makron məktəblərdə yay tətilinin müddətinin və gündəlik dərs saatlarının azaldılmasının zəruri olduğunu bildirib. Bu yanaşmanın şagirdlərin psixoloji vəziyyətinə və təhsilin keyfiyyətinə müsbət təsir göstərə biləcəyi vurğulanır.

Bəs bu cür islahatların Azərbaycanda tətbiqi mümkündürmü?

KONKRET.az bildirir ki, bu barədə Demokrat.az-a açıqlamasında Milli Məclisin deputat Ceyhun Məmmədov deyib ki, bu cür qərarları qəbul edərkən prosesi ciddi şəkildə təhlil etmək lazımdır:

“Qərarın qəbuluna nə qədər ehtiyac var, hansı zərurətdən bu qərarı qəbul etməliyiksə bütün bunlar diqqətlə qiymətləndirilməlidir. Ona görə də bu cür qərarlarla tələsmək olmaz. Tələsik qəbul edilən qərarlar həm effektli olmur, həm də gözlənilməyən problemlər yarada bilər. Mövcud şərait və problemin aktuallığı nəzərə alınmalıdır. Çünki bir məsələnin həlli Fransada şəraitdə uğurlu ola bilər, Azərbaycanda isə tam fərqli nəticə verə bilər. Biz buna görə hər bir məsələyə, hər bir qərara şəraitin spesifik xüsusiyyətlərini, aktual vəziyyəti və mümkün nəticələri nəzərə alaraq yanaşmalıyıq. Bu, yalnız formal təqlid deyil, həm də səmərəli və məqsədyönlü qərar qəbul etməyə imkan verir. Şərait diqqətlə nəzərə alındıqdan sonra bu cür addımlar atıla bilər. Hazırkı şəraitdə bu qərarın tətbiqi üçün ölkəmizdə imkanlar mövcuddur. Amma, deyildiyi kimi, vəziyyət ciddi şəkildə təhlil edilməlidir və qərarın nə dərəcədə vacib və zəruri olduğu diqqətlə düşünülməlidir. Yalnız bundan sonra konkret addımlar atmaq olar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*