“Yenidən seçilmək fikrim yoxdur” deyən Ərdoğanın İLGİNC PLANI: Türkiyə lideri buna hazırlaşır…backend

"Yenidən seçilmək fikrim yoxdur" deyən Ərdoğanın İLGİNC PLANI: Türkiyə lideri buna hazırlaşır...

“Yeni konstitusiyanı özümüz yox, ölkəmiz üçün istəyirik. Yenidən seçilmək və ya namizəd olmaq fikrim yoxdur”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Bəs görəsən, bu, Ərdoğanın növbəti seçkidə iştirak etməyəcəyi anlamına gəlir?

Mövzunu politloq Zeynal Əmrəliyev KONKRET.az-a şərh edib.

“Rəcəb Tayyib Ərdoğan bu müddət ərzində bir neçə dəfə konstitusiyanı dəyişdirərək prezident vəzifəsində qalmağa nail olub. Onun yenidən ölkə konstitusiyasına dəyişiklik etməsi gözlənilirdi. Çünki Ərdoğanın prezidentliyə namizədliyini irəli sürməsi yalnız bu yolla mümkün ola bilər. Ərdoğan demək olar ki, artıq üç dəfə prezident seçilib. Mövcud Konstitusiyaya əsasən onun yenidən prezident seçkilərində iştirak etməsi yalnız bir halda mümkündür . Əgər növbədənkənar seçkilər elan olunarsa, bu, baş verəcək. Ancaq bu zaman seçkilərin təşəbbüskarı özü yox, parlament olmalıdır. Əgər növbədənkənar prezident seçkilərini Ərdoğan özü irəli sürərsə, o zaman namizədliyini yenidən verə bilməyəcək”.

İran Hizbullahın güclənməsində maraqlı deyil”-Zeynal Əmrəliyev

Politoloq qeyd edib ki, hadisələrin bu inkişafı gözlənilən idi. AK Partidən zaman-zaman səsləndirilən fikirlərdə vurğulanır ki, mövcud Konstitusiya çevriliş dövründə hazırlanıb və mütləq şəkildə dəyişdirilməlidir.

“Hal-hazırda müxalifət nümayəndələrinin, xüsusilə, Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mənsur Yavaş və İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun nüfuzu sürətlə artır. Bu isə AK Partidən başqa bir şəxsin namizədliyini irəli sürməsini çətinləşdirir və hakim partiya üçün ciddi risk yaradır.

Belə bir vəziyyətdə AK Partiya hakimiyyəti qorumaq üçün Ərdoğanla birgə seçkilərə getməyə üstünlük verəcək. Ehtimal olunur ki, bu məqsədlə Konstitusiya dəyişikliyi həyata keçiriləcək. Dəyişiklik baş tutduqdan sonra AK Parti Ərdoğanın namizədliyini irəli sürəcək.”

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*