Yevlaxda iki avtomobil toqquşdu – Üç nəfər xəsarət aldıbackend

Yevlaxda iki avtomobil toqquşdu - Üç nəfər xəsarət aldı

Yevlax şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

KONKRET.az-ın məlumatına görə, “Opel” markalı minik avtomobilinin digər nəqliyyat vasitəsilə toqquşması nəticəsində Yevlax rayon sakinləri, 1998-ci il təvəllüdlü Məhəmməd Heydərov, 1990-cı il təvəllüdlü Amil Bayramov və 2000-ci il təvəllüdlü Hüseyn İbrahimli xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır./report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*