Zakir Qaralov biznesə başlayır: Bu dəfə Qarabağda…backend

Zakir Qaralov biznesə başlayır: Bu dəfə Qarabağda...

Baş prokuror olduğu dönəm illərində dövlətin əsas tikinti  infrastrukturunun qurulmasına cəlb edilən əsas şirkətlərdən birinin – “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”nın faktiki sahib olan Zakir Qaralov  bir neçə illik fasilədən sonra məşhur şirkətini yenidən inşaat sektoruna salmaq istəyir.

KONKRET.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya sabiq baş prokurora yaxın mənbələr bildirib. Məlumata görə, Zakir Qaralov son zamanlar Akkord Şirkətinin ofisində görünməyə başlayıb.

Şirkətin köhnə problemlərinin həllinə çalışan Qaralov onu işğaldan azad edilmiş bölgələrdə inşaat işlərinə salmaq istəyir.

Məlumata görə Zakir Qaralov yaxın dostu olan “Bank of Azərbaycan”ın İdarə Heyətinin sabiq sədri Müslüm Mürsəlovu şirkətin başına gətirib. Bu o, Mürəslovdur onun həyat yoldaşı Baş Prokurorluqda Dövlət İttihamını Müdafiə İdarəsinin prokurorudur.

Müslüm Mürsəlov hazırda Akkkord-un problemlərinin həlli ilə məşğuldur. Belə ki, şirkətin çoxsaylı məhkəmə çəkişmələri, habelə vergi orqanları qarşısında borc öhdəlikləri  var.

Bildirilir ki, Qaralov bu problemləri çözəndən sonra Qarabağda inşaat işlərinə girəcək. Amma inandırıcı deyil ki,  “vurulmuş” Zakir Qaralovun Akkord kimi talançı və yarıtmaz bir şirkətinə kimsə tender versin. Bu o zamanlar idi ki, Zakir Qaralov baş prokuror idi və bütün böyük tenderləri ancaq Akkord “qazanırdı”. Akkord-un Bakı-Quba yolunda yüz milyonları necə  mənimsədiyi və çəkdiyi  yolun 3-4 ilə dağılmasını da Azərbaycan xalqı unutmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*