Deputatın partiyadan çıxarılması barədə yeni açıqlama: “Özü istəmişdi”backend

Deputatın partiyadan çıxarılması barədə yeni açıqlama: “Özü istəmişdi”

“Deputat Elçin Mirzəbəylinin partiya sıralarından xaric olunması ilə bağlı qərar özünün istəyi ilə qəbul edilib”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının Mətbuat xidmətinin rəhbəri Əli Zülfüqaroğlu deyib.

O bildirib ki, təşkilatın İdarə Heyəti bu addımı E.Mirzəbəylinin müstəqil siyasi analitika ilə məşğul olmaq istəyini nəzərə alaraq atıb:

“Elçin Mirzəbəylinin partiyadan xaric olunması ilə bağlı qərar İdarə Heyətində verilib. Orada qərara alınıb ki, Elçin Mirzəbəylinin özünün istəyinə uyğuna olaraq, yəni müstəqil siyasi analitika ilə məşğul olmaq arzusunu nəzərə alaraq, partiya sıralarından xaric olunsun. Burada hər şey konkret və aydındır”.

Xatırladaq ki, şair-publisist Elçin Mirzəbəyli 2000-ci ilin əvvəllərindən müxalif Vətəndaş Həmrəyliyi Partiyasından istefa verib o zaman iki hissəyə bölünən Azərbaycan Xalq Cəbhəsi Partiyasının Qüdrət Həsənquliyevin rəhbərlik etdiyi qanadına keçib. Partiya daha sonra Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, daha sonra isə Ədalət, Hüquq və Demokratiya Partiyası adlanıb.

E.Mirzəbəyli təşkilatda siyasi məsələlər üzrə sədr müavini postunu tuturdu. Eyni zamanda, bir müddət “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru olub. O, 2024-cü ildə partiya üzvü kimi 90 saylı Ağsu seçki dairəsindən Milli Məclisə deputat seçilib.

E.Mirzəbəyli oktyabrın 13-də ƏHD Partiyasından çıxarılıb.

O, barəsində verilən qərarı mətbuatdan oxuduğunu, partiyadan çıxmaqla bağlı müraciət etmədiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*