Zelenskidən “bufer zona” təklifinə sərt reaksiya: “Xersonu kim qoruyacaq?”backend

Zelenskidən “bufer zona” təklifinə sərt reaksiya: “Xersonu kim qoruyacaq?”

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinə 15 kilometrlik bufer zona yaradılması ilə bağlı hər hansı rəsmi təklifin edilmədiyini bildirib.

KONKRET.az xəbər verir ki, Zelenski bu məsələ ilə bağlı verdiyi açıqlamada qeyd edib.

“Bu ideya elə də real deyil, çünki hər şey monitorinqin formatından asılıdır. Demilitarizasiya zonası hər iki tərəfdən 15 kilometr olacaqsa, sual yaranır – niyə məhz 15 kilometr? Bu məsafə haradan hesablanacaq – sərhəddənmi? Əgər müharibə Belarus ərazisindən başlayıbsa, deməli, Belarusun içərilərinə doğru da 15 kilometr geri çəkilmək lazımdır? Artilleriya 40 kilometr məsafəyə çatır, dronlar isə daha uzağa gedir. Belə olan halda, biz qoşunları 100 kilometr geri mi çəkəcəyik?” – deyə dövlət başçısı bildirib.

Ukrayna Prezidenti əlavə edib ki, bufer zona ilə bağlı razılaşma olsa belə, bu, Xerson, Xarkov və Sumi kimi şəhərləri artilleriya zərbələrinə açıq vəziyyətdə buraxacaq:

“Əgər qüvvələr geri çəkilərsə, həmin şəhərlər birbaşa təhlükə altına düşəcək. Bu isə bizim üçün qəbuledilməzdir. Təhlükəsizliyin real mexanizmləri təmin olunmadan bu təklifləri müzakirə etməyə dəyməz” – deyə Zelenski vurğulayıb.

Natiq SƏLİM,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*