“Zəngəzur dəhlizi” Fransa saytında: Məqalədə diqqət çəkən İLGİNC DETALLARbackend

"Zəngəzur dəhlizi" Fransa saytında: Məqalədə diqqət çəkən İLGİNC DETALLAR

Fransa radiosunun saytında jurnalist Dorian Consun Zəngəzur dəhlizinə həsr olunan məqaləsi dərc olunub.

KONKRET.az xəbər verir ki, yazıda jurnalist bır sıra maraqlı məqamlara toxunub.

“Yanvar ayında Türkiyə və Azərbaycanın xarici işlər nazirləri Bakıda və Ankarada görüşüblər. Yenidən diqqət mərkəzində Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizi olub. Ümumiyyətlə, Zəngəzurdan keçəcək marşrutun planı böyük əhəmiyyət kəsb edir. Ermənistandan keçəcək dəhliz Türkiyə-Azərbaycan, Çin və Avropa arasında ticarət yolunun inkişaf etdirilməsi konsepsiyasının bir hissəsidir. İran təklif olunan 40 kilometrlik dəhlizin əleyhinədir. İranın müttəfiqi Ermənistan da dəhlizə qarşıdır. Lakin Tehran Suriya və Livanda zəiflədiyindən, Bakı və Ankaranın Zəngəzur dəhlizinin açılması üçün yaxşı imkanları var.

“Global Source Partners”-dən türk analitik Atilla Yeşilada bildirib:

“Ermənistanın Zəngəzur dəhlizinin yaradılmasına müqavimət göstərməsinin yeganə səbəbi Tehranın onu hərbi yolla qorumaq vədləridir”. Ekspert  hesab edir ki, Tramp administrasiyası İrana təzyiq göstərdikcə Azərbaycan və Türkiyə İrandan gələn təhdidləri ciddi qəbul etməyə daha az meylli ola bilər. Bununla da İran mövqeyini yumşaldacaq. İranın regional uğursuzluqları və Vaşinqtonun artan təzyiq təhlükəsi nəzərə alınmaqla, Tehranın regionda dostlara ehtiyacı yaranacaq.

Ankaradakı Orta Doğu Texniki Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Hüseyn Bağcı bildirib ki, Zəngəzur dəhlizinin açıq olması İran üçün yaxşıdır:

“O zaman Tehranın Türkiyə və Azərbaycanla daha sıx əlaqələri yaranacaq. Hər şey İranın iki dost ölkəni bir-birinin yanında görmək istəməsindən asılı olacaq.”

Yanvar ayında İranın mövqeyində bir qədər yumşalma müşahidə hiss etdik. Yüksək rütbəli İran diplomatı Zəngəzur dəhlizinə qarşı mübarizənin artıq prioritet olmadığını bildirdi. Tehranın yumşalması Moskva ilə dərinləşən əlaqələrlə bağlıdır. Türkiyə və Azərbaycan Rusiyaya qarşı məhdudiyyətlər qoymadığından, Kreml ticarət yollarında beynəlxalq sanksiyaların tətbiq edilməyən ölkələr vasitəsilə yan keçməsi üçün Zəngəzur dəhlizinin yaradılmasını dəstəkləyir.

Nyu Yorkdakı Kolumbiya Universitetinin Qlobal Enerji Siyasəti Mərkəzinin tədqiqatçısı Tatyana Mitrova deyir:

“Rusiya mahiyyətcə bütün logistik şəbəkəsini yenidən qurur və bu dəhliz yeni şimal-cənub şəbəkəsinin potensial əhəmiyyətli hissəsidir. Bu, ixrac və idxal marşrutlarımızı şaxələndirmək üçün yeni planın bir hissəsidir”.

ABŞ-ın yeni administrasiyası hələ də Zəngəzur dəhlizi layihəsi ilə bağlı mövqeyini bildirməyib.

“Bakı ilə İrəvan arasında sülh sazişi hələ bağlanmayıb. Lakin Ankara Azərbaycan-Ermənistan sülh danışıqlarına səy göstərsə, diplomatik faydalar Zəngəzur dəhlizinin iqtisadi səmərəsini üstələyə bilər”. Bunu isə türkiyəli ekspert Aslı Aydıntaşbaş bildirib. Onun qənaətincə, Türkiyə bu məsələdə çox vacib tərəfdaş ola bilər. Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan Trampla daha sıx əlaqələr qurmağa çalışır. Eyni zamanda, o, azərbaycanlı həmkarı İlham Əliyevi hər iki ölkəni Avropa və Çin arasında körpüyə çevirmək kimi ümumi məqsədində dəstəkləmək niyyətindədir.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*