İki günə 52 boşanma – ŞOK STATİSTİKAbackend

İki günə 52 boşanma – ŞOK STATİSTİKA

Konkret.az-ın şimal bürosu xəbər verir ki, 2 gün ərzində Azərbaycanın şimal bölgəsində 52 şəxs boşanma üçün məhkəmələrə üz tutub. Müraciət edənlərin əksəriyyəti isə xanımlardır. Bütün müraciətlər aidiyyatı üzrə qeydə alınaraq müvafiq hüquqi prosedurlardan keçib. Qeyd edək ki, təkcə Xaçmazda boşanma üçün orta statistik hesablamalara görə ay ərzində 10-a yaxın müraciət olub. Bu rəqəm ortalama Quba və regionun digər rayonlarında cüzi fərqlə dəyişir. 2 gün ərzində regionda ümumilikdə 52 insanın boşanma faktı isə bu vaxta qədər qeydə alınan rekord göstəricidir.

Cəlal Fərzəliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*