Fransa çörək yarışına çıxdı – REKORD GÖSTƏRİCİbackend

Fransa çörək yarışına çıxdı - REKORD GÖSTƏRİCİ

Son beş il ərzində dünyanın ən uzun çörəyi hazırlanıb.

KONKRET.az xəbər verir ki, “The Guardian” yazdığına görə, bazar günü Fransada 12 çörəkçidən ibarət bir qrup kənd sakini uzun çörək bişirmək üçün saatlarla vaxt sərf edib.

Təxminən 14 saatdan sonra onların səyləri uğurlu alınıb. “Ən uzun çörək hazırlamaq üzrə dünya rekordu qırıldı”, – deyə Parisin qərb ətraflarında yerləşən Suresnes bələdiyyəsi özünün X mikrobloqunda yazıb.

Çörəkçilər 132,62 metrlik rekordu təzələyiblər.

Qeyd edək ki, İtaliyanın Milan sərgisində 122 metrlik çörək nümayiş olunmuşdu.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*