42 yaşlı kişini qatar vurub öldürdübackend

42 yaşlı kişini qatar vurub öldürdü

Bu gün saat 19:15-də “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yük qatarı Abşeron-Puta mənzilinin 32-ci km-də hərəkətdə olarkən Lökbatan qəsəbə sakini 1981-ci il təvəllüdlü Cavadov Zaur Ağababa oğlu qəflətən qatarın yoluna çıxıb. 

Bu barədə KONKRET.az-a “Azərbaycan Dəmir Yolları”ndan bildirilib.

Məlumata görə, maşinist təcili tormozlama aparsa da, həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Hazırda ADY nümayəndələri müvafiq hüquq mühafizə orqanları ilə birgə hadisə yerindədirlər. Hadisə aidiyyəti üzrə araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*