Xaçmazda elektrik dirəyindən yıxılan kişi öldübackend

Xaçmazda elektrik dirəyindən yıxılan kişi öldü

Xaçmaz rayonunda elektrik dirəyindən yıxılan kişi həyatını itirib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Qoçaqlı kəndində qeydə alınıb.

1962-ci il təvəllüdlü Əbilfərz Balakişiyev elektrik dayağına naqil quraşdıran zaman hündürlükdən yıxılıb və hadisə yerində keçinib.

Əbilfərz Balakişiyevin dəqiq ölüm səbəbi məhkəmə-tibbi ekspertiza tərəfindən müəyyən ediləcək.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*