70 yaşlı kişi gəlini və nəvəsini ölümcül yaraladıbackend

70 yaşlı kişi gəlini və nəvəsini ölümcül yaraladı

Sumqayıtda 70 yaşlı kişi gəlini və nəvəsini ölümcül şəkildə yaralayıb.

KONKRET.az xəbər verir ki, hadisə  şəhərin 4-cü məhəllə adlanan ərazisində qeydə alınıb. DİN-in Mətbuat xidmətindən bildirilib ki, hadisə zamanı 1953-cü il təvəllüdlü Şahbala Mirzəməmmədov 1983-cü il təvəllüdlü Sevinc Məhərrəmova və 2014-cü il təvəllüdlü nəvəsinə kəsici alətlə xəsarətlər yetirib. Hər iki yaralı dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Polisin keçirdiyi tədbirlərlə Şahbala Mirzəməmmədov saxlanılıb. Araşdırma aparılır.//Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*