Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Ona baş qoşan deyiləm“backend

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Ona baş qoşan deyiləm“

Xalq artisti Rasim Balayev onu tənqid edən “Alatava” serialının ssenaristi və aktyoru Taleh Yüzbəyova cavab verib.

KONKRET.az xəbər verir ki, aktyor açıqlamasında hər kəsin fərqli düşünmək azadlığının olduğunu bildirib:

“Mən o filmə baxmamışam. Barəmdə deyilənlərə də fikir vermirəm. Kim nə istəyir yazır, deyir. Öz adım üstümdədir, bunu kimsə təkzib edə bilməz. Onlara baş qoşası deyiləm”.

Qeyd edək ki, Xalq artistləri Rasim Balayev və Əli Nur “Alatava” serialında söyüş və jarqonlardan istifadə olunduğuna görə ekran işini tənqid ediblər. Serialın ssenaristi və aktyoru Taleh Yüzbəyov sosial şəbəkədə filmi tənqid edən hər iki aktyora cavab verib:

“Siz niyə özünüzü əxlaq polisi kimi aparırsınız ki? Siz axı aktyorsunuz. Sənət adamlarısınız. Əgər, doğrudan da, öz sənət yoldaşlarınıza və cəmiyyətə faydalı olmaq istəyirsinizsə, serialda aktyor oyunundan danışın, süjetin bədii həllindən danışın, ssenariyə fikir bildirin. Söyüş söymək isə tərbiyəsizlik deyil. Bir sıra böyük şairlərimizin şeirlərində, yazıçılarımızın əsərlərində, filmlərimizdə də söyüş var. Bir də hər personajın öz danışıq dili olur. Bu serial isə küçə uşaqlarından bəhs edir. Bağışlayın ki, onları səhnə danışığı müəllimi kimi danışdırmaq istəmirik. Onların söyüşlərində biz tərbiyəsizlik görmürük. Lətifəsi bu Xalq artistlərimizdən uzaq, bizə görə tərbiyəsizlik məbəd dediyiniz teatrda gənc aktyor kirayədə qala-qala, özünə dövlətdən ikinci evi istəməkdir. Tərbiyəsizlik həmin o Əməkdar və Xalq artisti adına görə hər cür hoqqadan çıxıb, layiqli başqa aktyorun haqqına girməkdir. Tərbiyəsizlik dövlətin sənət üçün ayırdığı pulları yeməkdir”. (Qaynarinfo)

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*