Minik maşını dərəyə aşdı – Ölən və yaralananlar var – YENİLƏNİBbackend

Minik maşını dərəyə aşdı - Ölən və yaralananlar var - YENİLƏNİB

Şəmkirdə ağır yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub.

KONKRET.az xəbər verir ki, hadisə nəticəsində İlkin Rzayev dünyasını dəyişib.

1986-cı il təvəllüdlü Həbib Rzayev, 1995-ci il təvəllüdlü Məhəmməd Həsənov, 2021- ci il təvəllüdlü Sədaqət Həsənova və 1987-ci il təvəllüdlü Samir Salahov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

20:00

Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Gədəbəy-Şəmkir avtomobil yolunun Yasamal adlanan ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan minik maşını idarəetmədən çıxaraq dərəyə aşıb.

Qəza zamanı 1 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb. Hadisə yerinə FHN-nin xilasediciləri və təcili tibbi yardım birqadalarının əməkdaşları cəlb olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*