Bakıda qadın həkimə 14 bıçaq zərbəsi vuruldu – YENİLƏNİBbackend

Bakıda qadın həkimə 14 bıçaq zərbəsi vuruldu - YENİLƏNİB

Bakının Suraxanı rayonunda ailə məişət zəmnində dava zamanı qadın bıçaqlanıb.

KONKRET.az xəbər verir ki, hadisə Əmircan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1973-cü il təvəllüdlü Balabəyova Arzu Bəxtiyar qızı əri ilə mübahisə zamanı bıçaqlanıb. Ona əri ümumilikdə 14 bıçaq zərbəsi vurub.

Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktı Suraxanı Rayon Polis 33-cü Polis Bölməsinin əməkdaşları araşdırır.

Qeyd edək ki, A.Balabəyova Bakıxanov qəsəbəsində yerləşən özəl klinikaların birində həkim işləyir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*