KİV: “HƏMAS tezliklə girovlarla bağlı təkliflə razılaşdığını elan edəcək”backend

KİV: "HƏMAS tezliklə girovlarla bağlı təkliflə razılaşdığını elan edəcək"

HƏMAS İsraillə danışıqlarda Misirin vasitəçilik təklifi ilə razılaşdığını elan edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Fələstinin “Al-Quds” qəzeti məlumat yayıb.

Fələstinin “Al-Quds qəzeti elanın bir neçə gün ərzində, Qətər hökumətinə bağlı “Al-Sharg” qəzeti isə bunun bir neçə saat ərzində bəyan olunacağını bildirib.

O da bildirilib ki, son saatlarda Misir, Qətər, İsrail və HƏMAS azadlığa buraxılacaq məhbusların və girovların sayı ilə bağlı müzakirələr aparıblar və müəyyən razılşma əldə edə biliblər. Məlumata görə, HƏMAS həm də sazişin üçüncü mərhələsində müharibənin daimi dayandırılması və İsrail ordusunun Qəzza zolağından çıxarılması üçün ABŞ-dan zəmanət alıb.

HƏMAS həmçinin bildirib ki, danışıqların ilkin şərti kimi daimi atəşkəsə ehtiyac yoxdur, çünki onlar hələ də yüksək rütbəli IDF zabitlərini girov saxlayırlar və onlardan daha daimi atəşkəsin müzakirəsində təsir rıçaqları kimi istifadə edə biləcəklər.

HƏMAS-ın yüksək rütbəli rəsmisi şənbə günü səhər N12-yə bildirib ki, HƏMAS rəhbərliyi girovlarla bağlı razılaşmanın birinci mərhələsinin həyata keçirilməsini təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*