Ağır yol qəzası – 2 ölü, 7 yaralıbackend

Ağır yol qəzası - 2 ölü, 7 yaralı

Gürcüstanın qərbində Kutaisi-Tsxaltubo avtomobil magistralında ağır yol qəzası baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb. Belə ki, minik avtomobili əvvəlcə digər iki avtomobillə toqquşub, sonra alışaraq yanıb.

Hadisə yerinə polis və təcili yardım qrupları cəlb olunub. Xəstəxanaya yerləşdirilən şəxslərdən ikisinin vəziyyəti ağırdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*