Azərbaycanla delimitasiya əleyhinə sərhəd kəndindən İrəvana yürüş başladı – VİDEObackend

Azərbaycanla delimitasiya əleyhinə sərhəd kəndindən İrəvana yürüş başladı - VİDEO

“Vətən naminə Tavuş” hərəkatı Azərbaycanla sərhəddə yerləşən Kirants (Xeyrimli) kəndindən İrəvana yürüşə başlayıb.

KONKRET.az xəbər verir ki, bunu Kirants kəndində çıxış edən Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının nümayəndəsi, arxiyepiskop Baqrat Qalstanyan deyib.

Onun sözlərinə görə, Ermənistanın digər rayonları və qonşu kəndlərin sakinləri də yürüşə qoşulmağa hazırdırlar. O, paytaxta gedən yolda yürüş iştirakçılarının sayının durmadan artacağına əminliyini ifadə edib.

Tavuş yeparxiyasının nümayəndəsi qeyd edib ki, yürüş iştirakçıları mayın 9-da günorta İrəvana çatmalıdırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*