ABŞ-da 2023-cü ilin ilk 129 günündə ən azı 191 silahlı insident qeydə alınıb.
KONKRET.az xarici mediaya istinadən bildirir ki, 2014-cü ildən bəri ABŞ-da hər il orta hesabla 39 mindən çox insan odlu silahla öldürülüb.
Məlumata görə, mayın 1-nə kimi ölkədə ən azı 13959 nəfər güllələnib. Bu, gündə 115 ölüm deməkdir.
Bu il ABŞ-da baş vermiş ən dəhşətli 10 kütləvi atışma:
Monterey Parkı, Kaliforniya (21 yanvar) – 12 ölü, 9 yaralı.
Allen, Texas (6 may) – 9 ölü, 7 yaralı.
Enox, Yuta (4 yanvar) – 8 ölü.
Henrietta, Oklahoma (1 may) – 7 ölü.
Tennessi ştatının Naşville şəhərində məktəbdə atışma (27 mart) – 7 nəfər həlak olub, 1 nəfər yaralanıb.
Half Moon Bay, Kaliforniya (23 yanvar) – 7 ölü, 1 yaralı.
Luisvill, Kentukki (10 aprel) – 6 ölü, 8 yaralı.
Qoşen, Kaliforniya (16 yanvar) – 6 ölü.
Lake Vales, Florida (2 may) – 5 ölü.
San Jacinto County, Texas (28 aprel) – 5 ölü.
Mayın 8-də Texasda sürücü avtomobili miqrantların üzərinə sürərək, 7 nəfəri öldürüb.
İqbal Rzayev,
KONKRET.az
