Uzun müddətdir yoxa çıxan SEPAH lideri aylar sonra belə görüntüləndi – FOTObackend

Uzun müddətdir yoxa çıxan SEPAH lideri aylar sonra belə görüntüləndi - FOTO

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general Əhməd Vahidi bir neçə aylıq fasilədən sonra ilk dəfə Tehranda ictimaiyyət qarşısına çıxıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.

Məlumata görə, Vahidi İranın dövlət mediasının yaydığı fotolarda sabiq ali lider Əli Xameneinin dəfn mərasiminə hazırlıq iclasında iştirak edərkən görüntülənib.

Daha sonra o, Tehranın mərkəzində yerləşən keçmiş iqamətgahda keçirilən qapalı mərasim zamanı Xameneinin tabutunun yanında əyləşərkən də kameraların obyektivinə tuş gəlib.

AP-nin məlumatına əsasən, general Əhməd Vahidi sonuncu dəfə fevralın 8-də ictimaiyyət qarşısında görünmüşdü.

Agentlik qeyd edir ki, Vahidi İranın ABŞ ilə müharibənin tam dayandırılması üzrə mümkün danışıqlarda sərt mövqe formalaşdıran əsas fiqurlardan biri hesab olunur.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*